Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Sağlam təfəkkür – sağlam gələcək” mövzusunda növbəti tədbir keçirildi

12 may 2015 | 19:00

13 may 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə “Sağlam təfəkkür-sağlam gələcək” mövzusunda növbəti tədbir keçirildi.
Tədbiri giriş sözü ilə 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov açaraq tədbirin əhəmiyyətindən danışdı. Sonra çıxış edən Sabunçu rayon Polis İdarəsinin  rəisi Eldar İlyasov bu gün bəşəriyyəti daha çox düşündürən və narahat edən narkomaniyanın zərəri barədə geniş məlumat verib. Ölkəmizdə, o cümlədən Sabunçu rayonunda gənclərin bu zərərli vərdişdən uzaqlaşdırılması istiqamətində görülən tədbirlərə toxunub. Bildirib ki, gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların öz təşəbbüslərini reallaşdıra biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacib şərtlərəndəndir.
Sonra çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və başqaları narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radikalizm mövzuları ətrafdında çıxış etdilər.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər