Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram şənliyi keçirildi

31 may 2015 | 19:00

“1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Sabunçu rayonu ərazisində yerləşən uşaq müəssisələrində, təlim-tərbiyə obyektlərində bayram tədbirləri keçirilərək qeyd edilmişdir.
  İyun ayının 1-də Sabunçu rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı tərəfindən  Bakıxanov qəsəbəsində yerləşən “Şəhrizad” körpələr evi-uşaq bağçasında  rayonun internat məktəblərindən, qəyyumluqda  və aztəminatlı ailələrdən olan uşaqlar üçün bayram şənliyi təşkil edilmişdir.  Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon İcra Hakimiyyətinin məsul işçiləri və gənclər  iştirak etmişlər.
  “Şəhrizad” körpələr evi-uşaq bağçasının körpə fidanlarının ifasında rəngarəng musiqi proqramı və  uşaqların sevimlisi olan klounların çıxışı uşaqların böyük sevincinə və marağına səbəb olmuşdur.  Tədbir uşaqlar üçün açılmış bayram süfrəsi ətrafında davam edib. Sonda hər bir  iştirakçıya hədiyyələr paylanılmışdır.

Keçidlər