Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 15 İyun – Azərbaycan Respublikasının Milli Qurtuluş Günü qeyd olundu

15 iyun 2015 | 19:00

16 iyun 2015-ci il tarixində Sabunçu rayonunda “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirildi.  Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil işçiləri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək Milli Qurtuluş Günü münasibətilə iştirakçıları salamladı və bayram münasibətilə təbrik etdi. A.Vəliyev bildirdi ki, Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş,  iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər Ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir.
Sonra tədbirdə çıxış edən Sabunçu rayonunun prokuroru Ceyhun Şirinov, Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Əlibarat Poladov, rayonun 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov 22 il əvvəl ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açaraq, həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, siyasi naşılığı nəticəsində müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsi yarandığını bildirdilər. Siyasi dövlət xadimi, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra ölkəmizin düçar olduğu bəlalardan qurtulduğu respublikamızda uğurlu gələcəyin təməlinin qoyulduğunu və ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırdılar.
Tədbirin sonunda siyasi dövlət xadimi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film göstərildi.

Keçidlər