Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu xüsusi diploma layiq görüldü

10 iyun 2015 | 19:00

Iyun ayının 11-də Bakı Şəhər İcra Hakimiyyətinin akt zalında Bakı şəhəri üzrə keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə  həsr olunmuş  Gül bayramlarının təşkilində fərglənən rayonların təltifetmə mərasimi keçirilmişdir.
Mərasimdə Gül bayramı tədbirində  təqdim edilən əl işlərində al-əlvan çiçəklərdən yeni ideyalarla istifadə etdiyinə, bədii-qiraət nominasiyasının tələblərinə yüksək zövqlə cavab verdiyinə görə Bakı şəhərinin Sabunçu rayonu xüsusi diploma layiq görüldü.
Həmçinin rayonun 9 nəfər şagird və müəllimi müxtəlif nominasiyalar üzrə diplom və pul mükafatları ilə təltif olundu.

Keçidlər