Sabunçu rayonunda “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” adlı layihənin bağlanış mərasimi keçirildi
19 iyun 2015–ci il tarixində Sabunçu Gənclər Evinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsinin bağlanış mərasimi baş tutdu.
Tədbirdə layihənin rəhbəri Samir Quliyev çıxış edərək layihə haqqında geniş məlumat verdi, qeyd etdi ki, layihənin keçirilməsində əsas məqsəd “Bakı-2015” birinci Avropa Oyunlarının təbliğat kampaniyasına dəstək olmaq və gənc istedadlı rəssamların üzə çıxarılmasına təkan verməkdir.
Çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov və Sabunçu rayon Gənlər və İdman İdarəsinin nümayəndəsi Mənzər Əliyeva bu cür layihələrin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq gəncləri qazandıqları uğurlara görə təbrik etdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Tədbirin sonunda layihə qaliblərinə təşkilatçılar tərəfindən diplom və sertifikatlar təqdim olundu.
Qeyd edək ki, üç ay davam edən layihə 100-dən çox gənc rəssamı əhatə etmişdir.