Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü ’’nə həsr olunmuş tədbir keçirildi

21 iyun 2015 | 19:00

19 iyun 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Narkomanlığa və  Narkotik  Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Sabunçu rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Bakıxanov qəsəbəsindəki Mərkəzi Kitabxanada “Böyüməkdə olan nəsli qorumaq hamımızın borcudur” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Narkomanlığa və  Narkotik  Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova, Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyatçısı Elşən Həsənov,                  11 nömrəli Şəhər Poliklinikanın həkimi Ülviyyə Muradova, kitabxananın müdiri Nəcibə Hüseynova çıxış edərək narkotiklərin insan orqanizminə  məhvedici təsiri və fəsadları barədə, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan  gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

Keçidlər