Sabunçu rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu
23 iyun 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının peşə bayramı” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. A. Vəliyev ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli Liderin xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük uğurların qazanıldığı diqqətə çatdırdı.
Sonra tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Eldar Quliyev, Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Milli Təlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov və Sabunçu rayonunun prokuroru Ceyhun Şirinov çıxış edərək dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdilər, onlara öz fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbirin sonunda səmərəli fəaliyyətinə görə Sabunçu RİH başçısının müavini Arzu Məmmədova, RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisi Kəmalə Cəbiyeva, Nardaran qəsəbəsi üzrə başçının icra nümayəndəsinin müavini Fatma Məmmədova və Balaxanı qəsəbəsi üzrə başçının icra nümayəndəsinin müavini İlqar Süleymanov diplom və hədiyyələrlə təltif olundular. Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdilər .