Sabunçu rayonunda çağrışçı gənclər hərbi xidmətə yola salınıb
15 iyul 2015 –ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsinin birgə təşkilatçılığı ilə rayonun çağırışçı gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
Yolsalma mərasimində Rayon İcra Hakimiyyətinin I müavini, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və valideynlər iştirak edib.
Azərbaycanın Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəis əvəzi İlqar Əlimirzəyev Azərbaycan ordusunun keçdiyi tarixi yol haqqında geniş məruzə edib.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısını I müavini Güloğlan Məmmədov Azərbaycanın güclü ordusu olduğunu, vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzulayıb.
Sabunçu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Elxan Mirzəyev çıxış edərək gənclərə inamlı olmağı, qətiyyətlə və vicdanla vətənə xidmət etməyi diləyib.
Valideynlər adından Niftəli Məhərrəmov, Tamam Əliyeva və başqaları hərbi xidmətə yola düşən çagrışçılara xeyir –dua verərək,onlara öz məsləhət və tövsiyyələrini bildiriblər. Çağrışçılar adından Cavid Nuruzadə ana vətəni laiqincə qoruyacaqlarını, nümunəvi əsgər olacaqlarını ,doğma yurdun, el-obanın valideynlərinin onlara olan inamını daim yüksək səviyyədə doğruldacaqlarını bildirdi.
Daha sonra hərbi xidmətini fərqlənmə ilə başa vuran əsgərlərə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Sabunçu rayon idarəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olundu.
Sonda çağrışçılar “Azərbaycan “ marşı sədaları altında dövlət bayrağını öpərək, onlar üçün ayrılmış xüsusi avtobusla yola düşüblər.