Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsinin 46 illiyinə həsr olunmuş tədbir keçirildi

14 iyul 2015 | 19:00

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 46 illiyi münasibəti ilə Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov tədbir iştirakçılarını salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, Heydər Əlirza oğlu Əliyev 46 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Həmin gündən etibarən Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi.
Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, RİH Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli, Balaxanı Bələdiyyəsinin sədri Vüsalə Səlimova və başqaları Ulu öndərin 1969-cu ildən siyasi hakimiyyətə gəlməsi, Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışdılar.

Keçidlər