Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Qusursuz sənət” adlı layihənin icrasına start verildi

24 avqust 2015 | 19:00

25 avqust 2015-ci il tarixində Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 1saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin, Reabilitasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə mərkəzin gənclərinin səhnə yaradıcılıqlarından ibarət Sevinc Cahangirlinin “Qusursuz sənət” adlı layihəsi üzrə təşkil olunmuş konsert-tamaşa keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (OMBUDSMAN) əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalıb Mahmudov,  “Qadın və Uşaq Problemlərinin Araşdırılması” İctimai Birliyinin sədr müavini, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, Əlil Təşkilatlar İttifaqının rəhbəri Davud Rəhimli, ekspert Cahangir Qocayev, Arabaçı TV MMC-nin sədri İlham Məhərrəmov, şair Gülarə Munis və digər hökumət, QHT nümayəndələri  iştirak etmişdir.             İlk öncə mərkəzin direktoru Rəhilə Həsrətova qonaqları və iştirakçıları salamlayaraq öz çıxışında konsert-tamaşanın təşkilində məqsəd sağlamlıq imkanları məhdud gənclərin bu və ya digər sənət növündə öz bacarıqlarını nümayiş etdirməsi üçün fiziki məhdudiyyətin mane olmadığını vurğuladı.  Konsert-tamaşada sağlamlıq imkanları məhdud gənclər Azərbaycan film və tamaşalarından müxtəlif səhnələr ifa etdilər. Onların “Babək”,” Bəxtiyar” filmlərindən, “Molla Cəbi” tamaşasından təqdim etdikləri səhnələr və canlandırdıqları obrazlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.  Sonda Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məməmməd Əsədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Ömər Abdullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (OMBUDSMAN) əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalıb Mahmudov  çıxış edərək “Qüsursuz sənət” layihəsinin rəhbəri Sevinc Cahangirliyə və konsert-tamaşada iştirak edən hər bir gəncə öz minnətdarlığını bildirdilər və gələcəkdə gənclərə bu istiqamətdə uğurlar arzuladılar.

Keçidlər