Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda yeni 2015-2016-cı tədris ilinin başlanması ilə əlaqədar məktəbli formaları paylanılmışdır

27 avqust 2015 | 19:00

28 avqust 2015-ci  il tarixində Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatı tərfindən 2015-2016-cı il yeni dərs ilinin başlanılması ilə əlaqədar  rayonun aztəminatlı, qaçqın və şəhid ailələri ilə görüş keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının Aparat rəhbəri, Sabunçu rayon  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri və rayonun imtiyazlı və ehtiyacı olan, şəhid və qaçqın ailələrindən olan şagird və valideyinlər iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfinən  2015-2016-cı il yeni dərs ilinin başlanması  ilə əlaqədar şəhid və qaçqın ailələrinə, aztəminatlı, imtiyazlı, ehtiyacı olan və qəyyumluqda olan şagirdlərə Bakı Tikiş Evindən 100 ədəd müxtəlif  ölçüdə qız və oğlan üçün məktəbli forması verildi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının Aparat rəhbəri Rəşad Abbasəliyev və Sabunçu rayon  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Zülfüqar Cəfərov tədbir iştirakçılarını yeni dərs ilinin başlanması ilə bağlı öz təbriklərini çatdıraraq onlara yeni tədris ilində uğurlar arzuladılar.

Keçidlər