Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin təbliği” adlı yeni layihənin icrasına start verildi

03 sentyabr 2015 | 19:00

4 sentyabr 2015-ci il tarixində Maştağa qəsəbəsi 293 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Bakı şəhərinin kəndlərində “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin təbliği” adlı yeni layihənin icrasına start verildi.

Tədbiri açıq elan edən DQİDK-nin Bakı şəhər Sabunçu rayonu üzrə məsul nümayəndəsi Xalid Məmmədov iştirakçıları salamlayaraq tədbirin qısa mahiyyəti haqqında məlumat verdi.

Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Məhəmməd Əsədov Sabunçu RİH-nin bu kimi maarifləndirici tədbirlərin  keçirilməsi haqqında geniş məlumat verdi və gəncləri mənfi təsirlərdən qorumaq, onları düzgün yola istiqamətləndirmək baxımından dini maarifləndirmə işinə daha diqqətli yanaşılmağın vacibliyini vurğulayaraq gəncləri radikal dini təsirlərə qarşı ayıq olmağını diqqətə çatdırdı.

DQİDK-nin Bakı şəhəri şöbəsinin müdir müavini Ceyhun Əliyev DQİDK-nin sədri Mübariz Qurbanlının salamlarını iştirakçılara çatdıraraq DQİDK-nin dini radikalizmə qarşı gördüyü tədbirlər haqqında məlumat verdi və gəncləri milli dövlətçilik ənənəsinə sadiq olmağa dəvət etdi.

Layihə rəhbəri TUMİB sədri Çingiz Bayramov və TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov çıxış edərək dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərləri, multikulturalizmi, tolerantlığı təbliğ etmək, bu istiqamətdə Azərbaycan Respublikasının qanunlarında din-dövlət münasibətləri və dini dözümlülük haqqında məlumat vermək, ideoloji maarifçilik işləri aparmaq, gəncləri zərərli xarici ideologiyaların təsirindən qorumağa çalışmaq və dini dözümlülüyə sahib tolerant gənclərin yetişməsini vurğuladılar.

Tədbirdə yerli ictimaiyyətin nümayəndələri, gənclər fəal iştirak etdilər. Tədbirin sonunda iştirakçılara diplom verildi.

Keçidlər