Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Qasımov Kamran Fazil oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

26 noyabr 2023 | 14:39
26 noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Qasımov Kamran Fazil oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Qasımov Kamran Fazil oğlu 20.02.2001-ci ildə Gədəbəy rayonu, Qaravəllər kəndində anadan olmuşdur. 2007-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olur. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib, 14 saylı Bakı Peşə Litseyinə daxil olmuşdur. 2019-cu ildə N saylı hərbi hissədə xidmətə başlamışdır. Vətən müharibəsi döyüşlərində iştirak etmiş, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 26.11.2020-ci ildə Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər