26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar Sabunçu rayonunda tədbir keçirilmişdir
24 iyun 2025 | 15:56
24.06.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Bakı Gənclər Mərkəzinin və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Raqif Allahverdiyev, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Sabunçu rayon Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Rövşən Kərimli, Təhsil Mərkəzinin müəllim və tələbə kollektivi iştirak edirdi
Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə müəssənin rəhbəri açaraq qonaqları təqdim etdikdən sonra narkomaniya ilə bağlı vide-çarx nümayiş etdirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Raqif Allahverdiyev, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Sabunçu rayon Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Rövşən Kərimli çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyanın müasir dünyada son dərəcə mürəkkəb və ictimai bir təhlükəli olduğunu, cəmiyyətə, millətin genəfonduna ziyan vurduğunu, müxtəlif cinayətlərin törədilməsinə təkan verdiyini, cinayətkarlığın artmasına səbəb olduğunu, narkotiklərin qanunsuz dövriyyəsinin terrorizmin maliyyələşmsində önəmli yer aldığını, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu xüsusi vurğulamaqla yanaşı, narkomaniyanın bəşəriyyətin ən ağrılı bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrildiyini, dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün çox böyük təhlükə olduğunu qeyd etdilər, ona qarşı mübarizə yollarından, cəmiyyətimizi, genəfondumuzu, gənclərimizi, böyüməkdə olan gənc nəsili bu bəladan necə qorunmasından geniş danışdılar.