Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə  Günü” Sabunçu rayonunda qeyd edilmişdir

13 iyun 2024 | 18:20
BMT-nin Baş Assambleyası tərəfindən 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə  Günü” ilə əlaqədar 11.06.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində “Bir həyat-bir şans” mövzusunda, 13.06.2024-ci il tarixdə isə Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 nömrəli tam orta məktədə “Narkomaniya-genefonda vurulan zərbədir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Rövşən Kərimli, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə sektorunun müdiri Rakif Əliyev,  Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, valideyinlər, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov çıxış edərək 1987-ci ildə ictimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT-nin Baş Assambleyası tərəfindən 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə  Günü” qeyd edilməsinin əhəmiyyətindən və müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə ətraflı məlumat verdi. Yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından  danışdı və ətraflı  məlumat verdi,  respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən əhəmiyyətili işlərdən danışdı.
Digər çıxış edənlər narkotikin ümumbəşəri bəla olmasından, gənc nəslin bu kimi zərərli vərdişlərdən uzaq tutulması, onların sağlamlığının qorunması üçün həlli vacib işlərin həyata keçirilməsindən  və bu işdə məktəblilərin, müəllimlərin və valideynlərin üzərinə düşən işlərdən danışdılar, tədbir iştirakçılarına müəyyən tövsiyyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar
Keçidlər