26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Sabunçu Rayonunda tədbir keçirilmişdir
08 iyun 2022 | 09:37
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, aidiyyəti qurumların, rayon gənclərin, kollec və lisey tələbələrin iştirakı ilə 07.06.2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sabunçu Gənclər Evində geniş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov açaraq bəşəri bir bəla olan narkomaniyanın ailələrə gətirdiyi faciələrdən, cəmiyyətin bu ağ ölümdən necə əziyyət çəkdiyndən, dünya dövlətlərin, o cümlədən ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən ərtaflı danışdı.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçı Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Rövşən Kərimli, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı, Polis polkovnik leytenantı Asif Məlikov və digər çıxış edənlər narkomaniyanın acı fəsadları, onun törətdiyi faciələr, gətirdiyi bəlalar, ona qarşı necə mübarizə aparılması və s. mövzular ətrafında çıxışlar etdilər, iştirakçıları maraqlandıran suallara cavab verdilər.