Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Əlilləri üçün pansionatda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilmişdir

22 dekabr 2012 | 20:00

22 dekabr 2012-ci ildə Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminatı xidmətinin Müharibə və əmək əlilləri üçün Pansionatda Sabunçu Rayonu İcra Hakimiyyətinin köməkliyi ilə Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil olunmuşdur. Bayram tədbirinə Sabunçu rayonunda yerləşən internat evlərində təhsil alan şagirdlər də dəvət olunmuşdular.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən internat evlərində təhsil alan şagirdlər və Pansionatda yaşayan ahıl insanlar üçün bayram süfrəsi verildi, müxtəlif cür hədiyyələr təqdim olundu.
 

Keçidlər