Sabunçu rayonunda "Dünyamızı qoruyaq" adlı sərgi keçirildi
10.09.2015-ci il tarixində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin birgə təşkilatçılığı ilə “21 sentyabr-Beynəlxalq Sülh Günü”nə həsr olunmuş "Dünyamızı qoruyaq" adlı sərgi təşkil edilmişdir.
Tədbirdə ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqları üzrə ixtisaslaşdırılmış müşaviri, Beynəlxalq Əmək Təşkilatının, ƏƏSMN-nin sosial xidmət müəssisələrinin, rayon Sosial Müdafiə Mərkəzlərinin nümayəndələri iştirak etdilər.
Təşkil edilmiş sərgidə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin gənclərinin, eləcə də nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərinin, Müharibə və əmək əlilləri üçün pansionatın sakinlərinin sülh mövzusuna həsr olunmuş yaradıcılıq işlərindən ibarət “Dünyamızı qoruyaq” adlı sərgi və ədəbi-musiqili kompozisiya təqdim olundu. Sərgidə qeyd olunan mövzuda 200-dək əl işi nümayiş etdirildi.
Qonaqlar Mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığının təşkili, onların sosial reabilitasiyası üçün müasir tələblərə uyğun səviyyədə yaradılmış şəraitlə də yaxından tanış oldular.