Sabunçu rayonunda “Könüllülər Yurdu –Azərbaycan” layihəsi çərçivəsində tədbir keçirildi
8 sentyabr 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti, 4 Saylı Bakı “ASAN xidmət” mərkəzi, “ASAN Könüllülər” təşkilatı və Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə ASAN“Könüllülər Yurdu –Azərbaycan” layihəsinin Bakı şəhəri üzrə açılış mərasimi keçirilib.
4 Saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova çıxış edərək könüllük fəaliyyətinin gənclər arasında geniş vüsət aldığını və bu fəaliyyətin gənclər üçün həm faydalı həm də marifləndirici olduğunu vurğuladı.
“ASAN Könüllülər” təşkilatının sədri Fərid Sadıxlı öz çıxışında “Könüllülər Yurdu – Azərbaycan” layihəsi haqqında geniş məlumat verdi və regionlarımızda bu fəaliyyəti təbiq etmək məqsədilə həyata keçirilən layihələrin təqdirə layiq olduğunu diqqətə çatdırdı.
Sonra tədbirdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və digərləri çıxış edərək layihədə iştirak edən gəncləri fəal olmağa çağırdılar.
Tədbirdən sonra rayonun Balaxanı, Pirşağı, Ramana, Bilgəh, Maştağa qəsəbəsindən seçilmiş şagirdlər iki qrupa bölünərək layihənin davamı olaraq Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbin Heydər Əliyev Muzeyində “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularda müxtəlif təlimlər keçmiş və 4 Saylı Bakı “ASAN xidmət” mərkəzinə ekskursiya ediblər.