Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Beynəlxalq Sülh Günü” ilə əlaqədar növbəti tədbir keçirildi

10 sentyabr 2015 | 19:00

11 sentyabr 2015-ci il tarixində “Sülh aylığı” çərçivəsində Sabunçu rayon Maştağa qəsəbəsində  yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Həkimlər-Sülhə Hə deyir “ adlı dəyirmi masa təşkil olundu.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu xanım Məmmədova bildirdi ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Benəlxalq Sülh Günü” ərəfəsində, 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bu aylıq çərçivəsində rayonumuzda müxtəlif sahələrdə maarifləndirmə tədbirləri təşkil olunaraq ictimai dinləmələr aparılır, insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həlli istiqamətində müəyyən köməklilkərin göstərildiyini diqqətə çatdırdı.

            Mövzu ətrafında 1 nömrəli Respublika Psixiatriya Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov, 7 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi Səriyyə xanımın Səfərova, 1 nömrəli Respublika Psixiatriya Xəstəxananın hüquqşünası Vüqar Mirzəyev, həkim psixiatrı Tural Rzayev və İlqar Əfəndiyev çıxış edərək psixi pozuntusu olan şəxslərin peşə hazırılığının təşkili, onların sosial reabilitasiyası üçün müasir tələblərə uyğun şəraitin yaradılması, cəmiyyətə psixi xəstələrin adaptasiyası və psixi xəstəlikdən əziyyət çəkən xəstələrin hüquqlarının müdafiəsi haqqında, xəstələrə göstərilən hüquqi xidmətin keyfiyyətinin günü-gündən yaxşılaşdırılması barədə öz fikirlərini bildirdilər.

          

Keçidlər