Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Azərbaycan gəncləri narkotikə yox deyir" mövzusunda rəsm müsabiqəsi keçirildi

12 oktyabr 2015 | 19:00

09 oktyabr 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin ,onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı (2013-2018)"nın icrasını təmin etmək məqsədilə "Azərbaycan gəncləri narkotikə yox deyir" mövzusunda Sabunçu rayon orta ümumtəhsilmüəssisələrinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir.

Tədbirdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov çıxış edərək, bu tədbirlərin keçirilməsində məqsəd cəmiyyətin xüsusilədə gənclərin siqaret və digər zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin maarifləndirilməsi və bu yolla narkomanlığın qarşının alınması üçün qabaqlayıcı profilaktik tədbirlər görməkdən ibarət olduğunu vurğuladı. Sabunçu rayon Qadınlar Şurasının sədri Samirə Əjbərzadə vəSabunçu rayon Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov çıxış edərək narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillərdən olduğunu bildirdilər.

Tədbirin sonunda sərgidə öz işləri ilə fərqlənən şagirdlər diplomlarla təltif olundular.

 

Keçidlər