Sabunçu rayonunda “10 oktyabr - Ümümdünya Psixi Sağlamlıq Günü”qeyd olundu
10 oktyabr 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “10 oktyabr - Ümümdünya Psixi Sağlamlıq Günü” ilə əlaqədar Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Biz hamı kimi” adlı tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin direktoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək layihəsinin rəhbərliyi, İNFAK humanitar təşkilatı, Qızıl Aypara Cəmiyyəti, Bacarıqlı Əllər humanitar təşkilatı, 1saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi Nümayəndələri, Xəstəxananın həkim personalı və Reabilitasiya şöbəsində müalicə alan pasiyentlər iştirak etdilər.
Tədbirdə çıxış edən 1 saylı Respublika Psixiatriya Xəstəxanasın baş həkimi Ağahəsən Rəsulov səhiyyənin günü gündən inkişafından, psixiatriya haqqında qanun və ona edilmiş dəyişikliklərdən, cəmiyyətə psixi xəstələrin adaptasiyası və psixi xəstəlikdən əziyyət çəkən xəstələrin hüquqlarının müdafiəsi haqqında, xəstələrə göstərilən hüquqi xidmətin keyfiyyətinin günü-gündən yaxşılaşdırılmasını vurğuladı. Tədbirdə pasientlərin ifasında şeir, rəqs, musiqi, pantamimo, tamaşa təqdim olundu və bir pasientin taleyindən bəhs edən «Limanı olmayan gəmi» adlı qısametrajlı film nümayiş etdirildi.
Tədbirin sonunda pasientlərin hazirladıqları rəsm əsərləri və müxtəlif əl işlərindən ibarət sərgi qonaqlara nümayiş olundu.