Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ramana qəsəbə sakinləri ilə görüşdü

18 oktyabr 2015 | 19:00

14  oktyabr  2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin 198 saylı məktəbin akt zalında Ramana qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəriiləyanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbəmüdirləri, məsulişçiləri, hüquqmühafizə  orqanlarının, dövlətidarə, müəssisə vətəşkilatlarının, xidmət  sahələrinin rəhbərləri və qəsəbə  sakinləri  iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açaraq Prezident İlham Əliyev cənabları tərəfindən ölkədə və Sabunçu rayonunda sosial-iqtisadi  inkişafın, həmçinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır.
Daha sonar qəsəbə sakinlərindən Babayev Namiq, Quliyev Zakir, Əliyeva Gülər, Əsgərova Nailə və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlliilə əlaqədar aidiyyəti qurum rəhbərlərin ətapşırıqlar verdi.

Keçidlər