27 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Şamilov Emil Rafiq oğlu və Mahmudov İbrahim Ağagül oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
27 oktyabr 2023 | 15:26
27 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Şamilov Emil Rafiq oğlu və Mahmudov İbrahim Ağagül oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Zülfiqar Mirzəliyev, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, Maştağa qəsəbə nümayəndəsi Fərid Məmmədəliyev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Şamilov Emil Rafiq oğlu 03.07.1996-cı ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. 2009-cu ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 296 saylı tam orta məktəbi bitirmişdir.
2009-cu ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 12 saylı Bakı Peşə məktəbinə daxil olmuşdur. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır.
2007-ci ildən professional “Oyama Kyokuşin Kontak Karate” idman növü ilə məşğul olmuşdur. 12 qat Respublika çempionu, 1 qat Avropa çempionu, Dünya kubokunun sahibi, Yevraziya çempionu, Zakafkaziya çempionu, 70-dən çox beynəlxalq turnirlərin qalibi, 3-cü dan Qara kəmər sahibi, Sensey adına layiq görülmüşdür.
Vətən müharibəsi başlayan kimi könüllü olaraq ordu sıralarına yazılmış, Xüsusi Təyinatlı Qoşun növündə döyüşlərdə iştirak etmişdir.
26.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşdə qəhramancasına şəhid olmuşdur.
27.10.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
İbrahim Mahmudov 23 noyabr 1998-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. 2005-2014-cü illərdə 108 №-li tam orta məktəbdə təhsil almışdır. Vətən müharibəsi başlayan kimi ordu sıralarına yazılmış, döyüş əməliyyatlarında iştirak etmişdir. 26.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşdə qəhramancasına şəhid olmuşdur.
27.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.