Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Zabrat qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni tikilmiş yaşayış binaları istifadəyə verilmişdir

24 dekabr 2012 | 20:00

Bu gün ölkəmizin müxtəlif yerlərində müharibə veteranları və şəhid ailələri üçün yeni binalar tikilib istifadəyə verilir. O cümlədən, 24 dekabr 2012-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhərindəki Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın açılışı zamanı Sabunçu rayonu Zabrat qəsəbəsində istifadəyə verilən binanın sakinləri ilə birbaşa telekörpü vasitəsi ilə canlı bağlantı qurulmuşdur.

Keçidlər