Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Beynəlxalq Qızlar Günü" qeyd edildi

11 oktyabr 2015 | 19:00

12 oktyabr  2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Qızlar Günü” münasibətilə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbdə Hüseyn Cavidin misralarından ibarət “Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək” adlı  tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Camal Bağırov, Nardaran və Kürdəxanı qəsəbələrində yerləşən tam orta məktəblərin müəllim, şagird və valideyn kollektivləri iştirak etdilər.    Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti  başçısının müavini Arzu Məmmədova erkən nikah cəmiyyətin sosial problemidir və bu cür nikahların yaratdığı əsas problemlər gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsindən ibarət olduğunu diqqətə çatdırdı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək uşaq hüquqlarının, o cümlədən qız uşaqlarının hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov, 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, Nardaran qəsəbsi 8 saylı Şəhər Xəstəxanasının baş həkimi Dilarə Salahova və başqaları öz çıxışılarında bildirdilər ki, BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” nün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkiliklərdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.  
Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında Azərbaycan ədəbiyyatının görkəmli yazıçı və şairlərinin əsərlərindən ibarət səhnəciklər təqdim olundu.

Keçidlər