Sabunçu rayon İcra Hakimiyyəti “ASAN Könüllüləri” Təşkilatı Ictimai Birliyi tərəfindən təltif olundu
17 oktyabr 2015-ci il tarixdə “ASAN Könüllüləri” təşkilatı ictimai birliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Könüllülər Yurdu-Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev həmçinin layihənin baş tutduğu regionlardan olan İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Mərasimin sonunda layihənin həyata keçirilməsində böyük dəstək göstərmiş İcra Hakimiyyətinin nümayəndələrinə mükafatlar təqdim olunub. Bakı şəhərini təmsil edən Sabunçu rayon İcra Hakimiyyəti layihədə göstərdiyi dəstəyə görə Təşəkkürnamə ilə təltif olundu.