Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu məktəbliləri“18 oktyabr- Müstəqillik Günü” münasibətilə Memorial Soyqırımı Muzeyi ilə tanış oldular

19 oktyabr 2015 | 19:00

17 oktyabr 2015-ci il tarixində “18 oktyabr –  Müstəqillik Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Zabrat, Bilgəh, Pirşağı, Maştağa qəsəbələrində yerləşən tam orta məktəbin şagirdləri üçün Azərbaycan Respublikası Hərbi Prokururluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiya təşkil olunmuşdur.       Azərbaycan Respublikası Hərbi Prokururluğunun inzibati binasında yerləşən bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən qanlı bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi tövhələrdən biri də tarixi həqiqətlərimizi obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq və əcnəbiləri məlumatlandırmaqdan ibarətdir.           Muzey erməni millətçilərininxüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunmasını, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə yaradılmışdır.     Sonda şagirdlər bu muzeylə hər bir məktəblinin tanış olmağının vacib olduğunu bildirdilər.

Keçidlər