Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2015-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

27 oktyabr 2015 | 20:00

20 oktyabr 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası giriş sözü ilə açaraq bildirdi ki, oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Cənab Prezident iclası giriş nitqi ilə açaraq bildirib ki, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf edib.
Adil Vəlyev qeyd etdi ki, 2015-ci ilin doqquz ayında Sabunçu rayonunun sosial-iqtisadi göstəriciləri də müsbət olmuşdur. Belə ki, hesabat dövrü ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 164,1 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3,1%artaraq 181,6 mln manat təşkil etmişdir ki, bunlardan da 167,3 mln manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Aftandil Hüseyn-zadə rayonunun 2015-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun ticarət şəbəkələrindən əhaliyə satılmış malların həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 433,6 mln manat olmuş, pullu xidmətlərin həcmi isə 6,1% artaraq146,8 mln manat təşkil etmişdir. Nəqliyyat xidmətlərinin həcmi 47,3% artaraq 12,4 mln manat, rabitə xidmətlərinin həcmi 7,3% artaraq 6,3 mln manat olmuşdur.
Hesabat dövrü ərzində sosial sahələrdə çalışanların orta əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 444,1 manat, sənayedə çalışanların əmək haqqı isə 2,3% artaraq 583, 5 manat təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Sabunçu rayonu ərazisində 16 sahəni əhatə edən 74 bənddən ibarət çox mühüm sosial və iqtisadi yönümlü obyektlərin tikintisi, yolların salınması, əhalinin elektrikenerjisi, su, kanalizasiya, qaz və istiliklə təchizatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Oktyabr ayının 1-nə olan məlumata görə həmin tədbirlərdən 4 bənd üzrə işlər tamamlanmış, 19 bənd üzrə işlərin icrasına başlanılmış və hazırda davam etdirilir, qalan bəndlərin icrası üçün hazırlıq işləri aparılır.
Dövlət Proqramına uyğun olaraq Sabunçu qəsəbəsində yerləşən 148 saylı tam orta məktəbin qəzalı vəziyyətdə olan köhnə korpusu sökülərək yerində 528 yerlik yeni tədris korpusu tikilmiş və sentyabr ayının 15-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və 50 yerlik sosial sığınacaq, eləcədə gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzində, Bakıxanov qəsəbəsində Sabunçu rayon və 2 saylı Bakı Şəhər İqtisad Məhkəmələri üçün inzibati binalarda, Sabunçu qəsəbəsi, Şəhər şosesi, 5-ci döngədə yerləşən 8 saylı qəzalı binanın yerində inşa edilmiş 3mərtəbəli yaşayış binasında tikinti işləri başa çatdırılmışdır.
Bakıxanov qəsəbəsindəki “Heydər Əliyev” adına istirahət parkında xüsusi layihə əsasında yenidən qurma işləri və həmin ərazidə 3 mərtəbəli H.Əliyev Mərkəzinin inşası, Nardaran qəsəbəsində Muğam mərkəzinin, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət evinin 350 yerlik yeni binasının, Zabrat və Pirşağı qəsəbələrində 3 girişli yanğından mühafizə bölmələrinin, eləcədə rayonun 67, 68, 75, 78, 188, 170, 305, 311 saylı məktəblərində, 9, 105, 226 saylı uşaq bağçası-körpələr evlərində tikinti və təmir işləri davam etdirilir.
2015-ci ilin 9 ayı ərzində rayonun Bakıxanov, Sabunçu, Zabrat və digər qəsəbələrinin ərazilərində bir sıra ticarət, ictimai iaşə, xidmət və  s. obyektlər inşa edilib istifadəyə verilmişdir ki, bununda sayəsində onlarla yeni iş yerləri açılmaqla əhaliyə yüksək səviyyədə xidmətlər göstərilməkdədir.
I Avropa oyunlarının açılış və bağlanma mərasimlərinin həmdə bir sıra idman yarışlarının Sabunçu rayonu ərazisində keçirilməsi ilə əlaqədar ərazidə böyük həcmdə abadlıq, quruculuq işləri aparılmışdır.
Beləki, Böyük-Şor yaşayış massivində inşa edilmiş I Avropa oyunlarının əsas arenası olan 68 min tamaşaçı tutumlu stadionun ətrafında yerləşən gölün bir hissəsi qurudulmuş, qalan hissəsi isə təmizlənərək burada müasir tələblərə cavab verən istirahət parkı salınmışdır.
Cari ilin əvvəllərindən Beynəlxalq hava limanına gedən yolun Sabunçu qəsəbəsindən keçən hissəsində, A.Əsədullayev küçəsində 55, Bakıxanov qəsəbəsinin B.Bünyadov küçəsində isə 38 qanunsuz inşa edilmiş evlərdə yaşayan sakinlərə kompensasiya ödənilməklə onlar oradan köçürülmüş, evlər isə sökülərək ərazidə geniş abadlıq təmizlik işləri aparılmış, mühəndis kommunikasiya qurğularının yerləri dəyişdirilmişdir. Heydər Əliyev prospekti istiqamətində A.Əsədullayev küçəsi boyu yolların kənarına daşdan hasar çəkilmiş və müasir memarlıq üslubunda üzlənmişdir. Həmin ərazilərdə yerləşən torpaq aqrotexniki qaydada işlənmiş, burada həmişəyaşıl ağaclar əkilmiş və yaşıllıq zolaqları salınmışdır.
Bakıxanov qəsəbəsinin Y.Əliyev, X.Xasməmmədov, N.İsmayılov, S.Mehmandarov, M.Fətəliyev, Sülh küçələrində çoxmərtəbəli yaşayış binalarının fasadları müasir tələblərə cavab verən memarlıq üslubunda üzlənmiş, dam örtükləri dəyişdirilmiş, ətrafda abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri aparılmışdır.
Binəqədi rayonunda baş vermiş məlum hadisədən sonra Bakıxanov qəsəbəsində 23 binanın fasadına çəkilmiş polimer və yanğın təhlükəsi yaradan digər materiallar qısa bir müddət ərzində sökülərək əvvəlki görkəminə gətirilmişdir. Hal-hazırda həmin binalarda əlaqədar təşkilatların rəyi və təsdiq olunmuş layihə əsasında təmir-bərpa işləri aparılmaqdadır və artıq bu binalardan 15-də işlər başa çatdırılmışdır.
Cari ilin əvvəlindən Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 5, 7, 9, 11, 4090/94-cü məhəllə, ev 4, 6 ünvanlarında 2 nümunəvi həyət salınaraq sakinlərin istifadəsinə verilmişdir.
Hal-hazırda qəsəbənin S.Cabbarov küç., ev 4, M.Fətəliyev 68, 70 saylı ünvanlarında  yeni nümunəvi həyətin salınması başa  çatdırılmış, M.Əmirov küçəsi, ev  36,  38  ünvanlarında isə bu işlər başa çatmaq üzrədir.
Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi 4, M.Fətəliyv küçəsi 68, 70 saylı binaların həyətlərində  2 mərtəbəli mərasim evinin tikintisi başa çatdırılmış, Sülh küçəsi 1 və R.Qəmbərov küçəsi 26, 28 saylı evlərin həyətində isə mərasim evinin tikintisi davam etdirilir.
Rayonda aparılan abadlıq, quruculuq işləri ilə yanaşı mərkəzi yolların kənarında, məhəllə daxili ərazilərdə xeyli yaşıllaşdırma işləridə görülmüşdür. Beləki, 2015-ci ilin əvvəllərindən rayonun Bakıxanov, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və digər qəsəbələrinin ərazilərində 1500-ə yaxın Şam ağacı, 250 ədəd Kiparis, 2000-ə yaxın qızılgül tingləri əkilmiş, 4550 m2 –dən çox ərazidə çəmənlik salınmışdır. Abadlıq işləri davam etdirilərək yalnız son ay ərzində Bakıxanov qəsəbəsi Fətəliyev, Sülh, R.Qəmbərov, Sabunçu qəsəbəsi Əsədullayev, E.Mehdiyev küçələrində yolların kənarlarına və başqa sahələrə 8000 m2-dən çox yaşıl örtük  (qazon)  salınmış, Neftçilər metro stansiyasından Bakıxanov qəsəbəsinə gələn yol yenidən qurularaq abadlaşdırılmışdır. Hazırda Bakıxanov dəmir yolu stansiyasından S.Mehmandarov küçəsi boyu alleyanın hər iki tərəfindən dekorativ dəmir məhəccərlər quraşdırılır, yaşıl örtüklər salınmaqla yenidənqurma və abadlıq işləri davam etdirilir. O da qeyd edilməlidir ki, artıq indiyədək rayon üzrə 53000 m2  sahəyə yaşıl örtük salınaraq, onlara gündəlik qulluq göstərilməsi təşkil edilmişdir.
2015-ci ilin əvvəlindən Dövlət Proqramı çərçivəsində və müxtəlif mənbələr hesabına rayonun mərkəzi və məhəllədaxili yollarının təmir edilərək asfaltlanmasıda davam etdirilmişdir.
Belə ki, hesabat dövründə Bakıxanov qəsəbəsinin S.Mehmandarov, Ş.Kamilov, M.Fətəliyev, S.Cabbarov, M.Hacınski, M.Əmirov, Sülh, A.Abdullayev, N.İsmayılov, S.Şuşinski, R.Qəmbərov, Ü.Rəcəb, Y.Əliyev və 4090/94-cü məhəlləsi üzrə müxtəlif ünvanlarda yenidənqurma abadlıq işləri aparılmaqla 27000 m2 sahəyə, Sabunçu qəsəbəsi E.Mehdiyev, Anaşkin, A.Əsədullayev küçələrində 12000 m2 , Aeroport yolundan Ramana qəsəbəsinə gedən yola 18000 m2, Pirşağı qəsəbəsi “2 №-li sovxoz” adlanan yaşayış məntəqəsinə gedən yolda 7500 m2 , Şəhər şossesi küçəsindən Balaxanı qəsəbəsi – Asfalt zavoda qədər olan yolda 13000 m2  asfalt örtüyü vurulmuşdur. Ümumilikdə ilin əvvəlindən rayon üzrə küçə və yollara cəmi 77500 m2 yeni asfalt örtüyü vurulmuşdur.
Cari ilin əvvəlindən rayonda əhalinin elektrik enerjisi, qaz, su təchizatı, kanalizasiya, rabitə xidməti sahələrində böyük həcmli işlər görülmüş, mənzil fondu, təhsil, səhiyyə və digər sosial obyektlərin payız-qış mövsümünə hazırlığı üzrə müvafiq tədbirlər planı təsdiq olunaraq icrası təmin edilmişdir. Bu işlər hazırda da davam etdirilməkdədir.
Rayon İcra Hakimiyyəti 2015-ci ilin əvvəlindən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, sosial problemlərinin həlli üzrə konkret tədbirlər həyata keçirmişdir.
2015-ci ilin 9 ayı ərzində İcra Hakimiyyəti aparatına 3047 ərizə, 1812 məktub və xidməti sənəd daxil olmuşdur. İcra Hakimiyyəti başçısı tərəfindən 160 nəfər qəbul edilmiş, keçirilmiş 19 səyyari görüşlərdə isə 137 nəfər iştirak etmiş və bu görüşlərdə 146 məsələ qaldırılmışdır. Vətəndaşların müraciətlərinə yerində baxılaraq müvafiq köməkliklər göstərilmiş, bəzi hallarda məsələnin həlli istiqamətində izahatlar verilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər əsasında cari ilin əvvəlindən vətəndaşlara ümumilikdə 125 min manatdan çox maddi yardım göstərilmişdir.

 

Keçidlər