Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" ilə əlaqədar "Mənim bayrağım" adlı inşa-yazı müsabiqəsi keçirildi

26 oktyabr 2015 | 20:00

27 oktyabr 2015 - ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və 252 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" adlı inşa-yazı müsabiqəsi keçirildi.        Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov iştirak edərək, " Bayraq Günü"nün əhəmiyyətindən danışaraq bayrağı qorumaq hər bir vətəndaşın müqəddəs borcu olduğunu qeyd etdi və müsabiqə iştirakçılarına uğurlar arzuladı. Müsabiqənin nəticələrinə görə I yerə 112 saylı tam orta məktəbin şagirdi Nurməmmədova Şəhla, II yerə 213 saylı məktəb-liseyin şagirdi Hüseynova Günay, III yerə isə 155 saylı tam orta məktəbin şagirdi İsgəndərova Leyla layiq görülərək Rayon Gənclər və İdaman İdarəsi tərəfindən hədiyyə və diplomlarla təltif olundular.

Keçidlər