Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Narkomaniya -ölümə aparan yol” mövzusunda tədbir keçirildi

26 oktyabr 2015 | 20:00

27 oktyabr 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsinin və 309 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə  məktəbin akt zalında“Narkomaniya-ölümə aparan yol”mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə 309 nömrəli tam orta məktəbin direktoru Ramiz Osmanov açaraq tədbirin əhəmiyyətindən danışdı.  Çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova, Sabunçu rayon Polis İdarəsinin əməkdaşı polis baş leytenantı Elvin Xankişiyev və  yazıçı, həkim-narkoloq Asif Kənqərli çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, səbəb olduğu faciələr barədə geniş məlumat verdilər. Natiqlər rayondakı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.

Keçidlər