Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" qeyd edildi

08 noyabr 2015 | 20:00

05 noyabr 2015 - ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə "9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü"nə həsr olunmuş sərgi müsabiqəsi keçirildi. Sərgidə Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı, Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzi, rayon orta ixtisas təhsil müəssisələri,rayon ilk peşə təhsil müəssisələri və rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.

Tədbirdə iştirak edən Sabunçu RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Məmmədova  Bayraq Gününün əhəmiyyətindən danışaraq  bayrağa olan sevgini Vətən sevgisinin əsas şərti kimi, bayrağı, Vətəni qorumaq və onun maraqlarını hər şeydən üstün tutmaq olduğunu qeyd etdi və müsabiqə iştirakçılarına uğurlar arzuladı.  

Sonda müsabiqə iştirakçıları sərgidə nümayiş etdirdiyi gözəl əl işlərinə görə  Sabunçu Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdaman İdarəsi tərəfindən hədiyyə və diplomlarla təltif olundular.

Keçidlər