Şriftin ölçüsü :

Saytın rəngi :

28 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Alıyev Qələndər Nofəl oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

28 noyabr 2023 | 16:24
     28 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Alıyev Qələndər Nofəl oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Coşqun Cəbrayılov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, 170 №-li tam orta məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
     Alıyev Qələndər Nofəl oğlu 30 oktyabr 2001-ci ildə Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 15 sentyabr 2008-ci ildə Sabunçu rayonunda yerləşən 170 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu dövrdə kikboksinq idman növü ilə məşğul olmuşdur. Lokomativ İdman və Sağlamlıq mərkəzində keçirilən idman yarışlarında 4 dəfə 1-ci yerə layiq görülmüşdür. 2020-ci ildə hərbi xidmətə çağırılmış, Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Suqovuşan-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”nda dəfn olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
 
Keçidlər