Şriftin ölçüsü :

Saytın rəngi :

28 nömrəli tam orta məktəbdə gənc yazar Çinarə Köçərlinin "44 gün Qarabağda" adlı kitabın ssenarisi əsasında vətənpərvərlik ruhunu özündə əks etdirən tədbir keçirildi

30 noyabr 2022 | 11:35
30 noyabr 2022-ci il tarixdə 28 nömrəli tam orta məktəbdə gənc yazar, Yazıçılar Birliyinin üzvü, Fəlsəfə doktoru Çinarə Köçərlinin "44 gün Qarabağda" adlı kitabın ssenarisi əsasında vətənpərvərlik ruhunu özündə əks etdirən tədbir keçirildi.
Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Abbasov, gənc yazar Çinarə Köçərli və məktəbin müəllim-şagird heyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Respubllikasının Dövlət Himni ilə başlandı. Sonra, Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra şagirdlərin əl işlərindən ibarət müharibənin ağır faciələrini əks etdirən rəsm sərgisi nümayiş edildi. Daha sonra isə şagirdlər bir-birindən maraqlı kompozisiyalarla tədbirə rəng qatdılar. Kitabın özündən götürülmüş hekayələr əsasında səhnəciklər nümayiş etdirildi. Vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirildi.
Sonda xatirə şəkili çəkdirildi.
Keçidlər