Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbirlər keçirildi

11 noyabr 2015 | 20:00

“Uşaq hüquqları aylığı” çərçivəsində Sabunçu rayonunda bir sıra tədbirlər keçirilməkdə davam edir. 12.11.2015-ci il tarixdə rayonun Kürdəxanı qəsəbəsində yerləşən 113 saylı tam orta məktəbdə və 13.11.2015-ci il tarixində Zabrat qəsəbəsində yerləşən 81 saylı tam orta məktəbdə “Biz də hüquqlarımızı tanıyırıq” adlı sərgi və tədbirlər kecirilmişdir. Tədbirdə Sabuncu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova, İctimai-siyasi hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların  arasında profilaktiki işin təhlili bölməsinin rəisi Əli Babayev, Bakı Şəhər üzrə Təhsi İdarəsinin nümayəndəsi Camal Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsinin Uşaq Problemləri şöbəsinin baş məsləhətçisi Pərviz Əliyev, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq Proqramının rəhbəri Mətanət Qaraxanova,  Uşaq və Gənclər üçün Sosial Reablitasiya Mərkəzinin direktoru Gülnar Məmmədli, Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva, 5 saylı uşaq Uşaq Somatik Sanatoriyasının baş həkimi Natella Alxasova, qəsəbə, bələdiyyə nümayəndələri, məktəblərin şagird və müəllim kollektivi iştirak etmişlər.  Tədbirdə Sabuncu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova və digər qonaqlar öz çıxış edərək, ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində mühüm işlər görüldüyünü, bu kimi tədbirlərin uşaqların hüquq düçüncəsinin formalaşmasına müsbət təsir göstərdiyini qeyd etmişlər.Tədbirin sonunda video rolik və uşaqların ifasında səhnəçiklər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

qarşılandı.

Keçidlər