Sabunçu rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd edildi
18 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil işçiləri, gənclər iştirak etdilər. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin YAP Sabunçu rayon təşkilatının inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin necə bir dünyaşöhrətli siyasi xadim olmasından, Yeni Azərbaycan Partiyasını hansı siyasi çətinlikər şəraitində yaratmasından, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın necə xilas olmasından və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin son 12 ildə əldə etdiyi nailliyyətlərdən, ölkəmizin sürətli inkişafından, tərəqqisindən danışmış, gələcəkdə də Yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafı, tərəqqisi, xalqımızın firavan, xoşbəxt yaşaması üçün daha da böyük uğurlara nail olacağını bildirdi.
YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin partiyanın yaranmasındakı rolundan bəhs etdi.
Azərbaycan Resspublikası Milli Məclisinin Deputatı Eldar Quliyev, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Rayon prokuroru Ceyhun Şirinov, rayonun 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov və fəal gənc Kamran Eyyubov öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın 23 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olduğunu qeyd etdilər.
Tədbirin sonunda YAP Sabunçu rayon Təşkilatı sıralarına yeni qəbul olunan gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi.