Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirildi

06 noyabr 2015 | 20:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq ölkəmizdə “Uşaq hüquqları aylığı” çərçivəsində Sabunçu rayonunda növbəti tədbir Zabrat qəsəbəsində yerləşən 5 saylı Uşaq Somatik Sanatoriyasında keçirilmişdir.07 noyabr 2015 tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Biz də hüquqlarımızı tanıyırıq” adlı musiqili-əyləncəli tədbir keçirildi. Tədbirdə  uşaqların hazırladıqları səhnəciklərdə öz hüquqları barədə məlumatlı olduqlarını nümayiş etdirmişlər. Eyni zamanda onların ifasında rəngarəng musiqi və rəqs nömrələri, şeir kompozisiyaları qonaqlar üçün təqdim olundu.Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Sanatoriyanın rəhbərliyi, müəllim və həkim kollektivi iştirak edirdi.Sonda 5 saylı Uşaq Somatik Sanatoriyanın baş həkimi Natella Alxasova təşkilatçılara minnətdarlığını bildirmiş və bu kimi tədbirlərin keçirilməsinin ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Keçidlər