Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “3 Dekabr -Beynəlxalq Əlillər günü” qeyd olundu

03 dekabr 2015 | 20:00

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən   “3 Dekabr - Beynəlxalq Əlillər Günü” Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.
03 dekabr 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Beynəlxalq Əlillər günü” münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sektor müdiri Ömər Abdullayev, Sabunçu rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Əlibarat Poladov, Sabuncu rayon “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası”nın, Sabunçu rayon “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin, Sabunçu Rayon “Çernobıl Əlillər Cəmiyyətinin”, Rus İcmasının, Azərbaycan Əlillər Cəmiyyəti”nin sədrləri, eləcə də Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər iştirak etdilər.
Tədbir iştirakçılarını salamlayan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillərində daim dövlətin qayğısı ilə əhatə olunduğunu və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanıldığını qeyd etdi. A.Məmmədova bildirdi ki, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğuladı. Bu gün  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Sabunçu rayonunda həyata keçirilən işlərdən danışdı.
Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək vurğuladı ki, əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirildiyini qeyd etdi. Çıxış edən digər qonaqlar da dövlətin bu qəbildən olan insanlara göstərdiyi diqqət və qayğıdan və həyata keçirilən layihələrdən söz açdılar.
Sonda  Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edildi.

Keçidlər