Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon gəncləri Azərbaycan xalqının Ümummilli liderin əbədiyyətə qovuşmasının on ikinci il dönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər

08 dekabr 2015 | 20:00

8 dekabr 2015-ci il tarixdə  Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası  Sabunçu rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayonun gənc icra nümayəndələri, bələdiyyə sədrləri və faəl gənclər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ulu Öndərin əbədiyyətə qovuşmasının on ikinci ildönümünə həsr olunmuş tədbirdə Dahi Liderin həyat və fəaliyyətini əks etdirən stendlərə, fotoşəkillərə baxış keçirilib, onun həyatının müxtəlif dönəmləri barədə bəhs edən filmə baxılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyan dahi siyasətçi kimi ölkəmizin gələcək inkişafının və tərəqqisinin təməlini qoyub.

Keçidlər