Şriftin ölçüsü :

Saytın rəngi :

29 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

29 noyabr 2023 | 16:28
     29 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
     Nazim Zahirov 25.06.2001-ci ildə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirmişdir.2019-cu ildə Dövlət Dəmir Yol litseyini bitirmişdir. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış,Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 01.10.2020-ci ildə Talış-Suqovuşan uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.29.11.2020-ci ildə Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
Keçidlər