Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla anıldı

09 dekabr 2015 | 20:00

09 dekabr 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsində yerləşən 10 nömrəli musiqi məktəbində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin əbədiyyata qovuşmasının 12-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov, Maştağa qəsəbəsinin müəllim və şagirdləri, eləcə də rayonun musiqi məktəblərinin müəllim kollektivləri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər. Sonra ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir açıq elan olunaraq 187 nömrəli tam orta məktəbin III, V sinif şagirdləri Aygün İsmayılova və Mehriban Kərimovanın bədii qiraətləri və 10 nömrəli musiqi məktəbin müəllimlərinin Salahov Elnur, Məlikov Hüseyn, Rzayev Tofiq “Yaşa hələ”, “Dilkeş”, “Mahur” təsniflərindən ibarət ifalar qonaqlara təqdim olundu.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etdi. M.Əsədov vurğuladı ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi tədbirlər miqyasına görə onilliklərin çərçivəsinə sığmır.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən 10 nömrəli musiqi məktəbin direktoru Qafar Nuriyevə rayonun ictimai və mədəni tədbirlərində səmərəli fəaliyyətinə görə diplom təqdim olundu.

Keçidlər