Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açıldı
11 dekabr 2015-ci ildə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır. Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Rayon İcra Hakimiyyəti aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri, rayonun idarə, müəssisə, ictimai təşkilatların rəhbərləri, ağsaqqallar və rayon sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyıtinin başçısı Adil Vəliyev, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan danışaraq qeyd etmişdir ki, Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad olunur. Bu günlərdə keçirilən çoxsaylı tədbirlərdə buna sübütdür. Azərbaycanın hər bir vətəndaşı dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.
Çıxış edən Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayevanın və 271 nömrə tam orta məktəbin direktoru Səməndər Məmmədov Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyduğunu bildirmişdilər.
Mərasimdə «İmam Rza» məscidinin dini icmasının sədri, axund Əmirxan Tahirov tərəfindən Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsi oxundu.