Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbə sakinləri ilə görüşü keçirildi

17 dekabr 2015 | 20:00

18  dekabr  2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin 81 saylı tam orta məktəbin akt zalında Zabrat qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət  sahələrinin rəhbərləri və qəsəbə  sakinləri  iştirak etdilər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açaraq cənab Prezident İlham Əliyev tərəfindən ölkədə və Sabunçu rayonunda sosial-iqtisadi inkişafın, həmçinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışdı.
Daha sonra qəsəbə sakinlərindən Sadıqov Ramiz, Mirzəyev Elxan, İsmayılova Xanım, Yolçuyeva Cahan və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər