Şriftin ölçüsü :

Saytın rəngi :

295 nömrəli tam orta məktəbdə ” Zəfərin mübarək, Azərbaycan !” adlı tədbir keçirildi

05 noyabr 2022 | 18:10
05.11.2022-ci il tarixində Sabunçu rayonununun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə ” Zəfərin mübarək, Azərbaycan !” adlı tədbir keçirildi.Təbirdə Sabunçu rayon İcra Hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov,Sabunçu rayon RHİ başçısının Nardaran qəsəbə inzibati -ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov,Sabuçu rayon 42-ci polis bölməsinin rəis müavini polis mayoru Xosrov Şükürov, 42-ci polis bölməsinin azyaşlılar üzrə inspektoru polis kapitanı Afaq Əliyeva ,məktəbin şəhidlərinin ailə üzvləri ,qazilər iştirak etmişlər.
Tədbir Azərbaycan himni və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdı.Şagirdlərin çıxışından sonra məktəbin direktoru Dilarə Cəbrayılova Zəfər tarixindən danışmış , şəhid və qazi valideynlərinə belə vətənpərvər övlad böyütdüklərinə görə onlara minnətdarlığını bildirmişdir.Sonda qonaqlar tarixi qələbə və tədbir haqqında fikirlərini bildirmişlər.
Keçidlər