Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun 10 nömrəli sanatoriya tipli internat məktəbinin uşaqları üçün Yeni il münasibəti ilə bayram şənliyi keçirildi

28 dekabr 2015 | 20:00

25 dekabr 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və rayonun Pirşağı qəsəbəsindəki 10 nömrəli sanatoriya tipli internat məktəbinin birgə təşkilatçılığı ilə  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə internat məktəbinin uşaqları üçün bayram tədbiri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri Ramilə Quliyeva, Məhəmməd Əsədov və internat məktəbinin müəllim – şagird kollektivi iştirak etdilər. Bayram şənliyində uşaqların ifasında azərbaycan, rus və ingilis dilində müxtəlif şeirlər, rəqslər, mahnılar səsləndi, Şaxta baba və qar qızın iştirakı ilə maraqlı səhnələr nümayiş etdirildi. Tədbirdə Maştağa qəsəbəsi 10 saylı Musiqi məktəbin kollektivinin hazırladığı musiqi çələngi internat uşaqları tərəfindən böyük maraqla qarşılandı.

Keçidlər