Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun 198 saylı körpələr evi-uşaq bağçasında Yeni İl Bayramı münasibətilə tədbir kecirildi

24 dekabr 2015 | 20:00

25 dekabr 2015-ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən 198 saylı körpələr evi –uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram tədbiri kecirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri və körpələr evi –uşaq bağçasının müəllim kollektivi iştirak ediblər. Bayram şənliyində uşaqların ifasında rəngarəng musiqili-əyləncəli proqram qonaqlar tərəfindən maraqla qarşılanıb. Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səkinə Həsənova qonaqları və uşaqları salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik etdi. S.Həsənova öz çıxışında bildirmişdir ki, bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Prezidentimiz İlham Əliyev cənabları və onun xanımı Mehriban Əliyevanın uşaqlara diqqəti və qayğısının bariz nümunəsidir ki, körpələrimiz belə təmirli, şəraitli uşaq bağcalarında məktəbəqədər təhsil alırlar.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 198 saylı körpələr evi – uşaq bağçasının müdiri Elyanə Əzimovaya rayonun mədəni tədbirlərində fəal iştirakına görə Diplom təqdim olundu.

Keçidlər