Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi

28 dekabr 2015 | 20:00

29 dekabr 2015-ci il tarixdə  Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.  Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, icra strukturlarının rəhbərləri və bələdiyyə sədrləri iştirak etdilər.
Sabunçu  Rayon İcra  Hakimiyyətinin  başçısı  Adil Vəliyev tədbiri  giriş sözü ilə açaraq tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi, onlara cansağlığı və öz fəaliyyətlərində uğurlar arzuladı. A.Vəliyev  bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd etdiyi kimi hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir. A.Vəliyev Sabunçu rayonunda 2015-ci ildə aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında danışdı və qeyd etdi ki,  31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən əsl ümumxalq bayramıdır.
Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs  qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər