Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Nizami Gəncəvinin anadan olmasının 875 illiyinə həsr olunmuş tədbir keçirildi

11 yanvar 2016 | 20:00

12 yanvar 2016-cı ildə Sabunçu Rayon İcra Hakimiyyətinin və 94 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 875  illiyi ilə əlaqədar  ”Nizami  dünyasına səyahət” adlı musiqili ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqaladə və Səlahiyyətli Səfiri Vladimir Doroxin, Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Məhəmməd Əsədov və Səkinə Həsənova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri Fərman  Abdullayev, Şahanə Ələkbərova, Gülnarə Hüseyinli, icma sədrləri, şagirdlər, müəllim və valideyin kollektivi iştirak etdilər.
  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsəddin Vəliyev qonaqları  salamladıqdan sonra mütəfəkkir şair Nizami Gəncəvinin həyat və yaradıcılığından,  Nizami irsinin oyrənliməsinin  əhəmiyyətindən  danışdı.
  Ədəbi-bədii gecədə 94 nömrəli tam orta məktəbin rus bölməsinin şagirdlərinin ifasında dahi şairin əsərlərindən parçalar söyləndi, “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” və “7 gözəl” əsərlərinin motivləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.
Tədbirin  sonunda səfir cənab Vladimir Doroxin  çıxış edərək  Rus – Azərbaycan   dostluq əlaqələrinin yüksək  sürətlə  inkişafından  məmnun olduğunu  bildirdi dəvətə görə məktəb rəhbərliyinə  təşəkkürünü bildirdi. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səkinə Həsənova, Sabunçu rayon Rus İcmasının sədri, məktəb direktorları çıxış edərək qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində parlaq səhifə açmış ölməz əsərlərinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərdiyini və mütəfəkkir şairin məşhur “Xəmsə”sinin insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğunu söylədilər.

Keçidlər