Sabunçu rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
18 yanvar 2013-ci il tarixində Sabunçu rayonunda 20 Yanvar faciəsinin 20-ci ildönümü, anım mərasimi ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbir rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev cənablarının, rayon ictimaiyyətinin, məktəblilərin iştirakı ilə Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhidlər Xiyabanına ziyarətlə başlandı. Tədbirdə Qarabağ müharibəsində şəhid olmuşların qəbirləri ziyarət edilmiş, üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.
Daha sonra Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının binasında davam etdirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev cənabları rayon İcra Hakimiyyətinin kollektivi, Milli Məclisin deputatı Eldar Quliyev, 20 Yanvar şəhid və əlil ailələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 20 Yanvar hadisələrinin xalqımızın tarixində həm qanlı bir gün, həm də şərəfli qürur duyulacaq bir tarixi gün olduğunu Ulu Öndər Heydər Əliyev cənablarının o dövrdə baş verən hadisələrə verdiyi siyasi qiymət və cəsarətli çıxışlarından söz açaraq, Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi qiyməti beynəlxalq ictimaiyyətə qarşı cəsarətli çıxışlarından danışdı. Dövlətin, hökumətin sosial kateqoriyalara malik insanlara, o cümlədən 20 Yanvar şəhid və əlil ailələrinə göstərdiyi diqqət və qayğılardan söz açdı.
Tədbirdə Milli Məclisin deputatı Eldar Quliyev 20 Yanvar Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri və 20 Yanvar əlili Rövşən Abbasov, 20 Yanvar əlili Səxavət Xankişiyev və digərləri çıxış edərək 20 Yanvar faciəsindən və dövlətimizin onlara olan xüsusi qayğıdan, münasibətdən söz açdılar.
Sonra tədbir Bakıxanov qəsəbəsində yerləşən “Kristal” şadlıq sarayında davam etdirilərək orada ehsanlar verildi. Tədbrin sonunda hər bir şəhid və əlil ailəsinə ərzaq bağlamalarından ibarət yardım və maddi köməklik göstərildi.