Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyin 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

11 yanvar 2016 | 20:00

12 yanvar 2016-cı il tarixdə Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı  keçirildi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov, şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyev, Ramana Bələdiyyəsinin sədri İntizar Rzayeva, rayon icra strukturlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov açaraq qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi. Sonra Rayon İcra Hakimiyyətinin başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Şamil  Alıyev və Ramana Bələdiyyəsinin sədri İntizar Rzayeva 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər.
Məruzə ətrafında qəsəbə sakinlərindən Şəhla Rəhmanova, Həqiqət Rzayeva və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.

Keçidlər